“Ağır qələbəyə görə çox sevinirəm” – Berdıyev

“Turan-Tovuz”un baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasında 3-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:

“Ağır qələbəyə görə çox sevinirəm. “Neftçi” bu il daha güclü komanda kimi formalaşıb.

Heyətlər bərabər olanda oyun sanki yelləncək xarakateri daşıyırdı. Bəzən biz, bəzən onlar yaxşı oynayırdı. Lakin “Neftçi” azlıqda qaldıqdan sonra biz daha rahat oynamağa başladıq və qələbə qazandıq.

Mövsüm hələ yeni başlayıb. Hələ istədiyim kimi komanda yoxdur. İlk turlar komanda üçün çətin keçir. Transferlərlə bağlı dəqiq bir şey yoxdur, amma planlar var”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button