Baş məşqçini niyə qovublar? – Açıqladı
“Ayaks”ın idman direktoru Edvin van der Sar baş məşqçi Alfred Şröderin qovulması ilə bağlı açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, DÇ-2022 zamanı yaranan fasilə haqda da danışıb:
“Bu ağır, lakin zəruri qərardır. Mövsümə yaxşı başlasaq da, sonra xeyli xal itirdik. Oyunlarımız qeyri-sabit keçdi. DÇ-2022 ilə əlaqədar uzun qış fasiləsi oldu. Alfredə vaxt verildi. O, bizi inandırdı.
Son həftələrdə bizə məlum oldu ki, o, vəziyyəti düzəldə bilmir. Onun sərəncamında çox güclü və çempionluq gətirə biləcək oyunçular var idi. Xüsusilə, son həftələrdə “Ayaks” çox xal itirdi. Təəssüf ki, biz heç bir irəliləyiş görmürdük”.
Amsterdam təmsilçisi cari mövsümdə Niderland çempionatında 7 matçdır qələbə qazana bilmir. Belə hal sonuncu dəfə 1965-ci ildə baş vermişdi.
“Ayaks” hazırda Erediviziyada 34 xal toplayıb və 5-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin