Ağır atletika üzrə dünya çempionatının yeri müəyyənləşib

2024-cü ildə keçiriləcək ağır atletika üzrə dünya çempionatının yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə qərarı Beynəlxalq Ağır Atletika Federasiyası verib.

Qurum yarışın təşkilatçılığı üçün üç namizəd arasında seçim edib. İcraiyyə Komitəsinin Kubadakı iclasında dünya çempionatının Bəhreyndə keçirilməsi qərara alınıb. Digər namizədlərdən biri Ermənistan isə İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında baş verənlərə görə səsvermədə Asiya ölkəsinə uduzub.

Son qitə çempionatının İrəvanda keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button