Ağır Atletika Federasiyasında yeni təyinat

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin növbəti iclası keçirilib.

Federasiyadan Komanda.az-a verilən məlumata görə, məqsəd qurumun texniki komitəsinin əsasnaməsinin təsdiqi, komitənin üzvləri və sədrinin təyin edilməsi olub.

İclas zamanı müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib. İdarə Heyətinin yekdil qərarı ilə əsasnamə təsdiq olunub.

Daha sonra Kənan Mustafayevin Texniki Komitənin sədri, Məmməd Məmmədov, Səbinə Rzayeva, Oruc Məmmədli və Xannar Nəbiyevin isə üzv seçilməsi qərarı qəbul olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button