Azərbaycanlı “əməkdar məşqçi” vəfat etdi

Azərbaycan ağır atletika ailəsinə itki üz verib.

Komanda.az xəbər verir ki, tanınmış mütəxəssis Qadir Babayev bu gün gözlənilmədən dünyasını dəyişib.

17 yanvar 1954-cü ildə Cəlilalabad şəhərində anadan olan Babayev Qadir Kavı oğlu SSRİ idman ustası, dəfələrlə Azərbaycan çempionu və beynəlxalq turnirlərin mükafatçısı və qalibi olub. İdman sahəsində göstərdiyi nailiyyətlərə görə ona Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” və Azərbaycan Respublikasının “Əməkdar məşqçi”si adları verilib.

Ağır atletika üzrə beynəlxalq dərəcəli hakim olan Qadir Babayev müxtəlif beynəlxalq yarışlarda ölkəmizi ədalət təmsilçisi qismində layiqincə təmsil etmişdi. Azərbaycan Ağır Atletika Federasiyası İctimai Birliyinin Hakimlər Kollegiyasının üzvü olan mərhum mütəxəssis, Azərbaycanda idmanın inkişaf etdirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti tərəfindən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin fəxri fərmanı ilə təltif olunmuşdu.

Qadir Babayevin tələbəsi, gənc ağır atlet Ümid Qasımzadə isə bir neçə gün əvvəl torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button