AGF ilə Baham adaları Gimnastika Federasiyası arasında memorandum imzalanıb
Baham adaları və Azərbaycan Gimnastika Federasiyaları (AGF) arasında Anlaşma Memorandumu imzalanıb.
Komanda.az xəbər verir ki, bu barədə AGF-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müqavilə bədii gimnastikanın inkişafı və təbliği məqsədilə imzalanıb.
Memorandum AGF-nin baş katibi Nurlana Məmmədzadə və Baham adaları Gimnastika Federasiyasının prezidenti Kora Hepburn tərəfindən imzalanıb.
Bu əməkdaşlığın federasiyalar arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin