Agentindən Neymarın gələcəyi ilə bağlı açıqlama
Agent Pini Zahavi təmsil etdiyi braziliyalı hücumçu Neymarın gələcəyi haqqında danışıb.
Ehtimallar Neymarın Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan tezliklə ayrılması ilə bağlıdır. Həmçinin, 32 yaşlı futbolçunun vətəninə qayıtması barədə də məlumatlar yayılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Zahavi, futbolçunun klubunda xoşbəxt olduğunu bildirib:
“Neymarın “Əl-Hilal”dan getməsi ilə bağlı heç bir danışıqlar aparılmır. Onun müqaviləsi var, klubunda xoşbəxtdir. Mən və Neymarın atası – yalnız biz iki nəfər onun gələcəyi haqqında danışa bilərik. Sonuncu şayiələrin haradan gəldiyini bilmirəm”.
Neymarın “Əl-Hilal”la müqaviləsi 2025-ci ilin yayına qədərdir. Müqavilənin əlavə bir il uzadılma imkanı da var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin