
Agenti Virts haqda yayılan xəbərləri yalanladı
Agent Covanni Brançini “Mançester Siti”nin “Bayer”in və Almaniya millisinin yarımmüdafiəçisi Florian Virtslə maraqlanmasından danışıb.
Komanda.az “Sport Witness”-ə istinadən verir ki, almaniyalı futbolçunun nümayəndəsi İngiltərə klubu ilə danışıqların aparılması xəbərini yalan adlandırıb.
Virts 2020-ci ilin yayından Leverkuzen komandasında oynayır. Tərəflər arasındakı müqavilə 2027-ci ilin iyunun sonunda başa çatacaq. O, bu mövsüm Bundesliqada 24 oyun keçirib, 9 qol vurub və 10 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



