“Lautaro Martinesin Səudiyyə Ərəbistanı çempionatına keçmə şansı yoxdur”

“İnter”in hücumçusu Lautaro Martinesin agenti Aleşandro Kamano futbolçunun başqa kluba transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun agenti “İnter”lə yeni müqavilə bağladıqlarına görə Səudiyyə Ərəbistanı çempionatına keçmə şansının olmadığını söyləyib:

“İnter”lə yeni müqavilə bağladığımız üçün Səudiyyə Ərəbistanı çempionatına keçmə şansımız yoxdur. Razılaşma əldə olunub. O, komandanın kapitanıdır və bu, onun üçün əsas məsələdir”.

Martines 2018-ci ilin iyulundan “İnter”də çıxış edir. O, ümumilikdə Milan komandasının heyətində bütün yarışlarda 282 oyun keçirib, 129 qol vurub və 43 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button