Agenti İnzaqinin “Əl-Hilal”a keçməsinin səbəbini açıqladı

Simone İnzaqinin agenti Federiko Pastorello italiyalı mütəxəssisin “Əl-Hilal”a keçidinin səbəblərini açıqlayıb.

İnzaqi iyunda Səudiyyə Ərəbistanının ən güclü komandalarından birinin baş məşqçisi təyin olunub. O, bu addımı atmazdan əvvəl dörd mövsüm “İnter”i çalışdırıb.

Komanda.az “Tuttomercatoweb”-ə istinadən xəbər verir ki, Pastorello, İnzaqi üçün bu qərarda təkcə maliyyə məsələsinin deyil, həm də şəxsi inkişaf istəyinin ön planda olduğunu söyləyib:

“Əlbəttə, maliyyə amili müəyyən rol oynadı, amma Simone özünü xaricdə sınamaq istəyirdi. Səudiyyə Ərəbistanı liqası bu gün dünyanın ən güclü çempionatlarından biridir – təkcə maliyyə gücünə görə yox, həm də futbolun keyfiyyətinə görə. “Əl-Hilal” isə Asiyanın ən məşhur və uğurlu klubudur”.

İnzaqi “İnter”lə UEFA Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesabı ilə uduzduqdan sonra postunu tərk etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button