Agenti ilə görüş təyin etdilər

“Milan” klubu hücumçusu Olivye Jirunun agenti ilə görüş təyin edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 36 yaşlı futbolçunun sözləşməsinin uzadılmasını müzakirə etmək istəyir.

Fransalı futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, qış transfer pəncərəsi zamanı “Everton”a keçməkdən imtina edib.

Jiru bu mövsüm “Milan”ın heyətində bütün turnirlər daxil olmaqla 27 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button