![](https://komanda.az/wp-content/uploads/2024/01/leao-780x470.jpg)
Tanınmış agent Leaonun İspaniya klubuna keçməsi üçün çalışır
Futbol agenti Jorje Mendeş “Barselona”ya yüksək profilli transfer təşkil etmək istəyir.
Komanda.az “calciomercato”-ya istinadən xəbər verir ki, agent “Milan”ın portuqaliyalı hücumçusu Rafael Leaonun Kataloniya klubuna transferi üçün vasitəçilik edir.
Mendeş yanvar transfer pəncərəsində müştərisi üçün yeni seçimlər axtarıb, ancaq konkret heç nə alınmayıb. Leao Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçə bilərdi, amma tərəflər transferin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
Portuqaliyalı hücumçunun “Milan”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. Onun transfer dəyəri 75 milyon avro qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin