“Barselona” Kvaratsxeliyaya daha uyğundur”

Futbol agenti Paulo Barbosa jurnalistlərlə söhbətində gürcü yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın karyerasını davam etdirməsi üçün hansı klubun daha yaxşı olacağını deyib.

Komanda.az “Sport-Express”-ə istinadən xəbər verir ki, o, “Barselona”nın Xviçaya daha uyğun olduğunu bildirib:

“Yayda Xviça PSJ-yə keçəcək? Bu transferə o qədər də inanmıram. Bəs o niyə PSJ-yə getsin? Bu, onun komandası deyil. Orada vaxt keçirəcək. “Barselona” Xviçaya daha uyğundur”.

Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilin iyunun sonunda başa çatır. 23 yaşlı futbolçunun transfer dəyəri 80 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button