“Ağdaş” – “Baku Sportinq” matçının nəticəsi ləğv edildi
2-ci Liqanın 2-ci turu çərçivəsində keçirilən “Ağdaş” – “Baku Sportinq” oyununun (2:4) nəticəsi ləğv edilib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib. Bildirilib ki, görüşün 58-ci dəqiqəsində meydana girən “Baku Sportinq”in 10 nömrəli futbolçusu Elgün Abbaslının adı protokolda olmayıb.
Bu səbəbdən, paytaxt təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan əlavə, “Baku Sportinq” klubu 400 manat cərimə edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin