Ağayev Rumıniya millisinin oyununa təyinat alıb
Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, həmyerlimiz UEFA Millətlər Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Sentyabrın 6-da Priştina şəhərində yerləşən “Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin