Ağamirova Fransada daha 3 medal qazanıb
Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü xeynəlxalq qran-pridə daha üç medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından Komanda.az-a verilən məlumata görə, idmançı gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medala sahib çıxıb.
O, öncədən çoxnövçülük proqramında da gümüş medala yiyələnib.
Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandanın üzvləri – Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla “gümüş”, 5 halqa ilə hərəkətlərin icrasında “bürünc” qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin