Ağakişiyev Skopyedə bürünc medal qazandı

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

Komanda.az xəbər verir ki, -73 kq çəki dərəcəsində qüvvəsini sınayan Məhəmməd Ağakişiyev üçüncü yer uğrunda görüşdə Aleksandr Aleynikova (Belarus Olimpiya Komitəsi) qızıl xalla qalib gələrək bürünc medala yiyələnib.

EYOF-2025-də daha əvvəl cüdoçularımızdan Gülşən Hüseynova (-44 kq), Rza Xəlilli (-50 kq), Rəsul Əlizadə (-55 kq) qızıl, Nuranə Hacızadə (-48 kq), Zeyd Ələsgərov (-60 kq) gümüş və Aysun Məmmədova (-52 kq) bürünc medal qazanıb.

3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderliyini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button