Ağabala “Zirə”ni 1600 manat ziyana saldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 16-cı turunun “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 16-cı turunun “Sumqayıt” – “Zirə” oyununda “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
“Zirə” klubunun futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
“Zirə” klubunun futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur.
Birinci divizionun 14-cü turunun “Turan Tovuz” – “Səbail-2” oyununda polis və təcili yardım maşını vaxtında stadiona gəlmədiyinə və bu səbəbdən oyun 13 dəqiqə gec başladığına görə meydan sahibi klub 160 manat cərimə olunur.
Birinci divizionun 14-cü turunun “Sabah-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun futbolçusu Bəhruz Teymurov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 14-cü turunun MOİK – “Kəpəz” oyununda “Kəpəz” klubunun 20 nömrəli futbolçusu Orxan Abdullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 14-cü turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
“Neftçi-2” klubunun futbolçusu İbrahim Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Birinci divizionun 14-cü turunun “Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda “Sumqayıt-2” klubunun futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
“Qaradağ Lökbatan” klubunun futbolçusu sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxdığı üçün klub 80 manat cərimə olunur.
Bizi Facebook-da izləyin