Ağabala “Zirə”ni 1600 manat ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 16-cı turunun “Sumqayıt” – “Zirə” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Premyer Liqanın 16-cı turunun “Sumqayıt” – “Zirə” oyununda “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

“Zirə” klubunun futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

“Zirə” klubunun futbolçusu Ağabala Ramazanov birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır,  klub 1600 manat cərimə olunur.

Birinci divizionun 14-cü turunun “Turan Tovuz” – “Səbail-2” oyununda polis və təcili yardım maşını vaxtında stadiona gəlmədiyinə və bu səbəbdən oyun 13 dəqiqə gec başladığına görə meydan sahibi klub 160 manat cərimə olunur.

Birinci divizionun 14-cü turunun “Sabah-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun futbolçusu Bəhruz Teymurov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 14-cü turunun MOİK – “Kəpəz” oyununda “Kəpəz” klubunun 20 nömrəli futbolçusu Orxan Abdullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır,  klub 20 manat cərimə olunur.

Birinci divizionun 14-cü turunun “Keşlə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

“Neftçi-2” klubunun futbolçusu İbrahim Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 14-cü turunun “Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyununda “Sumqayıt-2” klubunun futbolçusu Tahir Zeynalov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Qaradağ Lökbatan” klubunun futbolçusu sifariş vərəqəsində qeyd olunmuş nömrəsindən fərqli nömrəli formada meydana çıxdığı üçün klub 80 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button