Aftandil Hacıyev: “Zirə”nin müdafiəsini yarmaq çətin oldu”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, doğma meydanda 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat kondransında bunları söyləyib:

“Maraqlı oyun alındı. Bu gün futbolçular meydanda sonadək mübarizə apardılar. Matçın əvvəlində hər iki komanda həm müdafiədə, həm də hücumda çox diqqətli oynamağa üstünlük verirdi. Birinci hissədə gözləmədiyimiz anda qapımızda qol gördük. “Zirə”yə çempionatın ən intizamlı komandası desək, yanılmarıq. Ounçuların hər iki hissədə qarşılaşmaya yanaşması, çəkinmədən topla oynaması bizi razı saldı. Amma rəqibin müdafiəsini yarmaq çətin oldu”.

Hacıyev əvvəlki görüşlərlə müqayisədə oyunlarında inkişafın hiss edildiyini söyləyib: “Bunu nəticəyə çevirmək bizim üçün olduqca çətindir. Heyətləri rəqiblərimizlə müqayisə edəndə ustalıq səviyyəsi açıq-aşkar hiss olunur. Rəqiblərin usta oyunçuları daha çoxdur. Amma bu gün futbolçular bunu meydanda hiss etdirməməyə çalışdılar. Futbolçulardan razı qaldım. Qısa müddətdə bərpa olunub, növbəti oyuna hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm və uğurlar arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button