Aftandil Hacıyev: “Rəqib favoritdi, amma biz də nəticə əldə edə bilərik”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Rumıniyanın “Universitatya Krayova” klubuna qarşı keçirəcəkləri ilk oyundan əvvəl fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

  • “Səbail”in bu turnirdə iştirakı böyük bir təcrübə olacaq. Ən böyük məqsədimiz bizi dəstəkləyən azarkeşlərimizi sevindirməkdi. Ötən il qazandığımız nəticələrdə azarkeşlərimizin əziyyəti az olmadı. Bizi maraqlı oyun gözləyir. Rəqib haqda ancaq müsbət şeylər deməyə məcburam. Bu komandaya qarşı ən azından sonadək mübarizə aparmaq düşüncəsindəyik. Meydanda az səhv etsək, istədiyimiz oyunu nümayiş etdirə bilərik.
  • Baş məşqçi kimi bu komandadan sabah hansı oyunu gözləyirsiz?
  • Heyətimizdə dəyişikliklər olub. 11 futbolçu ilə yollar ayrılıb. Bəzilərini heyətimizdə saxlaya bildik. Qısa müddətdə 6-7 futbolçu transfer etmişik. Komandada istədiyim rəqabət yoxdu. Ancaq ayrı-ayrılıqda təcrübəli futbolçularımız var. İnanırıq ki, bu təcrübə ilə sabahkı görüşdə fayda əldə edəcəyik.
  • Rəqib sürətli futbol sərgiləyir. Onların oyunun əvvəlindəki təzyiqlərinə bir hazırlığınız var?
  • Baş məşqçiləri yenidi. Amma uzun müddət bu komandada olub. Aşağı yaş qruplarında çıxış edib, müəyyən müddətdə baş məşqçinin köməkçisi olub. İndi də baş məşqçidi. Rəqibi təhlik etmişik. Futbolçulara da bunları çatdırmışıq. Rəqibə qarşı planımız var. Sürətli hücumlarının qarşısını alıb, onları təəccübləndirməyə hazırıq.
  • Razı qalmadığınız komandadan Avroliqada nəyi gözləyirsiz?
  • Oyunçuların bir neçəsi komandaya gec qoşuldu. Uyğunlaşma bir az zaman tələb edir. Ötən mövsüm də bu problemlə qarşılaşmışdıq, ancaq qışdan sonra inkişaf özünü göstərdi. İndi yenidən tez bir zamanda nəticə gözləmək çətin olacaq. Bu oyunlar üçün əsas motivasiya önə çıxacaq. Bu nə dərəcədə alınacaq, bunu zaman göstərəcək. Hələ də istədiyimiz səviyyədə deyilik.
  • Bu, həm “Səbail”in, həm də sizin avrokublarda debüt matçınızdı. Bu, komandaya necə təsir edəcək?
  • “Səbail”in debütü böyük uğurdu. Cütün favoriti rəqib komandadı. Təcrübələri var, ancaq bizim ilk oyunumuz olacaq. İstəyirik ki, yaddaşlarda yaxşı, qalaq.
  • İstədiyiniz təcrübəli hücumçu var idimi?
  • Rəhbərliklə söhbətimiz oldu. Bu ilki strategiyamız yerli futbolçulara üstünlük verməkdi. Mirabdulla Abbasovun transferi yerli bazarda səs-küylü oldu. İstərdik ki, Mirabdulla üçün rəqabət edəcəyi bir hücumçu olsun. Çalışacağıq ki, ilk mərhələdə əlimizdə olan futbolçularla nəticə qazanaq.
  • Futbolçuların hazırlığı necədi?
  • Çalışırıq ki, futbolçuları inandıraq. Sabahkı oyunda ən yaxşı vəziyyətdə olacaqlarına ümid edirəm.
  • Rəqibin özünəinamlı olması sizi qıcıqlandırmır?
  • Bunu normal qarşılayırıq. Özümüz də inanırıq ki, istədiyimiz mübarizəni aparıb, nəticə əldə edə bilərik.
  • İstədiyiniz nəticə nədi?
  • Məğlub olmamaq.
  • “Səbail” sabah ikinci nömrə ilə oynayacaq?
  • Müdafiədə səhv etməmək üçün çalışacağıq.
  • Qapıçı kim olacaq?
  • Bu, bizim problemli mövqeyimizdi. Danirl Bojinovski və Elxan Əhmədov var. Kamal Bayramov məşqdə zədələnib. Üçüncü qapıçı kimi Fərhad Vəliyevi sifariş etmişik. Sabah qərar veriləcək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button