Aftandil Hacıyev: “Mövqeyimiz məni qane etməsə də, oyunumuzdan razıyam”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox maraqlı oyun keçirdik. Hər iki komanda hücum etdi, qol epizodları var idi. Son dəqiqələr həyəcanlı oldu. İlk 15 dəqiqədən sonra oyunumuz daha yaxşı oldu. İki yaxşı qol epizodumuz var idi. Qol olsa, oyunun nəticəsi dəyişə bilərdi. Rəqibin fərdi ustalığı yüksək olan Hamidu Keyta kimi oyunçusu yaxşı epizodlara girib, qollar vurdu. İkinci hissədə üstün oynadıq. Amma rəqibin də sürətli futbolçuları var. Bizim qol gec gəldi. 70-ci dəqiqələrdə olsaydı, oyunun taleyi dəyişərdi, xal qazana bilərdik. Bu gün futbolçularımdan razı qaldım. Lakin topla daha səliqəli oynamalıydıq. Gənc oyunçularımızın ustalığı çatışmırdı. Rəqiblə bu fərq çox hiss olunurdu. Xal qazanmasaq da, gənclər üçün belə oyunlar qiymətlidir.

Sona 5 tur qalıb. Bu oyunumuzun davamını gətirib, xallar qazanmaq istəyirik. Mövqeyimiz məni qane etmir. Oyunumuzdan isə razıyam. “Zirə” vacib qələbə qazandı. Rəqibi təbrik edir, Rəşad Sadıqova uğurlar arzulayıram”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button