Aftandil Hacıyev: “Kubokda belə şansımız yoxdu”
Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Zirə”ylə 0:0 hesablı bərabərliyə razılaşan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransı keçirib.
Komanda.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bunları deyib:
- Qış fasiləsinə yaxınlaşırıq. Çempionatda vəziyyətimiz yaxşı olmasa da, qarşıda hələ 2 dövrə var. Vəziyyəti yaxşılaşdırmağa vaxt var, amma kubokda belə şansımız yoxdu. Bu gün hər iki komanda yaxşı oynadı, iki epizodumuz oldu ki, onları qola çevirsəydik, ikinci oyuna üstün yollanardıq. Həvəsdən düşmürük.
- Oyundan zövq ala bildiz?
- Hücumçusuz oynayırıq. Ara-sıra yerliləri dəyişirik. Hücum cəhətdən deyirsizsə, hər iki komanda ehtiyat edirdi. Düşünmürəm ki, bu gün müdafiədən oynadıq. Mirabdulla Abbasov bu gün hazır deyildi. Futbolçular çalışdılar, amma bu, kifayət etmədi. Hər kəs nəticəni düşünürdü.
- Dediz ki, hücumçu yoxdu. Kateqoriyalı məşqçi bu problemi aradan qaldırmağı bacarmır?
- Bu, kateqoriya ilə bağlı deyil. Maddi vəziyyətimiz yaydan etibarən yaxşı deyil. Ona görə də, hücumçu transfer edə bilmirik.
- Hücumçusuz da, taktiki baxımdan dəyişiklik etmək olardı…
- Bu gün biz də hücum etdik. 90 dəqiqə boyunca hər fürsətdən istifadə etməyə çalışdıq.
- Ötən oyunların birində komandadan ayrılanların olacağını demişdiz. Bu futbolçular müəyyənləşib?
- Özüm üçün müəyyən etmişəm, amma son oyunu gözləmək məsləhətdi. Hər futbolçudan istifadə edə bilərik. Son oyundan sonra futbolçularla danışacağıq.
- Koçuk zədəlidi, yoxsa?
- Xroniki zədəsi var, çoxdandı əməliyyat olunmalıdı. Daxili zədədi, vaxt tapa bilmirdi ki, sağaltsın. Bizdən xahiş etdi ki, ona şərait yaradaq, biz də razılaşdıq.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin