Aftandil Hacıyev: “Həm oyundan, həm də nəticədən razı qaldım”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan matçdan sonra təşkil olunan mətbuat konfransına bunları söyləyib:

“Öncədən necə rəqiblə qarşılaşdığımızı yaxşı bilirdik. “Keşlə” az top buraxan, son vaxtlar yaxşı formada olan komandadı. Buna görə də matça ciddi hazırlaşmışdıq. 90 dəqiqə ərzində oyuna nəzarət bizdə idi. Hətta ilk hissədə qol da vurduq. İndi dəqiq deyə bilmərəm ki, orda qayda pozuntusu var idi, ya yox. Videotəkrara baxandan sonra fikir söyləmək olar. Bu gün hər iki komanda çox əziyyət çəkdi. Futbolçular çox güc sərf etdilər. Fərq ondadı ki, rəqib bizdən daha çox istirahət etmişdi. Buna görə futbolçularımızda son 15 dəqiqədə yorğunluq hiss olunmağa başladı. Bu da normaldı. Həm oyundan, həm də nəticədən razı qaldım”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button