Aftandil Hacıyev hakim səhvlərindən şikayətləndi

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev futbol üzrə Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu (1:2, ilk oyun 1:0) şərh edib.

Komanda.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Rəqibi mərhələ adlaması münasibəti ilə təbrik edirəm. Ancaq təbriklə kifayətlənmək niyyətində deyiləm. Bilmirəm, bu, adətdir, yoxsa nədir, amma ardıcıl ikinci mövsümdür ki, hakim səhvlərinə görə 1/4 final mərhələsini adlaya bilmirik. Hakim səhvinə görə rəqibin qələbəsinə kölgə salmaq da istəmirəm. Fasilədən sonra biz hücumda daha aktiv idik. İlk oyunda da sayılmayan qolumuz oldu. Futbolçuların əsəbləri ilə bu qədər oynamaq olmaz. Bilmirəm, amma komandamızın oyunlarında hakim səhvləri çoxalır. İlk oyundakı qol da təmiz idi. İstəməzdim hakimlik üzərində bu qədər dayanım, amma məcburam. Yenə də deyirəm, “Sumqayıt”ın qələbəsinə kölgə salmıram. Bütün gücümüzü çempionata yönəldəcəyik.

Qrafik sıx olduğuna görə bəzi dəyişikliklərə zərurət var idi. Amil Yunanov da, Ruslan Hacıyev da bizim əsas oyuncularımızdır. Bəlkə də hesabı nəzərə alsaq, Yunanovu oyuna daha erkən buraxmaq olardı. Ancaq müdafiəçilərimiz də xeyli yorulmuşdu. İki hücumçuya keçdikdən sonra isə, əlavə vaxtı da nəzərə almaqla, 10 dəqiqənizi var idi. Təəssüf ki, qolumuzu gec vurduq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button