Afrikalı müdafiəçi “Turan Tovuz”da qalmaq istəyir

“Turan Tovuz”un müdafiəçisi Siyanda Xulu komandada qalıb-qalmayacağı barədə sualı cavablandırıb.

Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “citizen.co.za” saytına açıqlamasında başa çatan müqaviləsini yeniləməyin əleyhinə olmadığını bildirib:

“Turan Tovuz”da qalmaq istərdim, amma başqa təkliflərim də var. Növbəti mövsüm “Turan Tovuz”a qayıtsam, maraqlı olar. Çünki ora xoşuma gəlir, rəqabətli liqa var. Azərbaycan çempionatına daim oynamaq üçün yollanmışdım. Maraqlı mübarizəyə şahidlik etdim. Gələcəklə bağlı hələ qərarımı verməmişəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button