Afrika Millətlər Kubokunun rəmzi komandası məlum olub
Afrika Millətlər Kubokunun rəmzi komandası açıqlanıb.
Komanda.az yarışın təşkilat komitəsinə istinadən xəbər verir ki, “11-lik”də 4-3-3 taktiki sxeminə üstünlük verilib:
Qapıçı: Ronven Uilyams (Cənubi Afrika Respublikası);
Müdafiəçilər: Villiam Troost-Ekonq, Ola Ayna (hər ikisi Nigeriya), Gisleyn Konan (Fil Dişi Sahili), Şansel Mbemba (Konqo DR);
Yarımmüdafiəçilər: Teboho Mokoena (Cənubi Afrika Respublikası), Jan Seri, Frank Kessye (hər ikisi Fil Dişi Sahili);
Hücumçular: Yoan Vissa (Konqo DR), Ademola Lukman (Nigeriya), Emilio Nsue (Ekvatorial Qvineya).
Fil Dişi Sahilində keçirilən yarışın finalında meydan sahibləri Nigeriyaya qalib gələrək titula sahib çıxıblar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin