Afrika Millətlər Kubokunun yeni tarixi açıqlandı
Futbol üzrə Afrika Millətlər Kuboku 2021-ci ildən 2022-ci ilə təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə qərar Afrika Futbol Konfederasiyasının İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Turnir 2022-ci ilin yanvarında baş tutacaq.
Afrika Millətlər Kubokunun gələn il 9 yanvar – 6 fevralda keçirilməsi planlaşdırılırdı.
Turnir daha əvvəl 2021-ci ilin iyuluna təyin edilmişdi. Afrika Millətlər Kubokunun təxirə salınması 2023-cü ildə Kot d İvuarda keçiriləcək analoji yarışa da təsir edə bilər.
Koronavirus pandemiyasına görə yarımfinal mərhələsindən dayandırılan 2020-ci ilin Afrika Çempionlar Liqasının da aqibətinə aydınlıq gəlib. Belə ki, bu turnirin qarşılaşmaları tək oyundan ibarət olmaqla Kamerunda təşkil olunacaq. Konfederasiyalar Kubokunun görüşləri isə Mərakeşdə keçiriləcək. Qadınlar arasında 2020-ci ilin Afrika Millətlər Kuboku isə tamamilə ləğv olunub.
Bizi Facebook-da izləyin