
Afrika Millətlər Kubokunun keçiriləcəyi ölkə məlum olub
2025-ci ildə Afrika Millətlər Kubokunun keçiriləcəyi məkan məlum olub.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, qitənin əsas turniri Mərakeşdə keçiriləcək.
Afrika Futbol Konfederasiyası (CAF) yayda növbəti Afrika Millətlər Kubokunun keçirilməsinə prinsipial razılıq verib. Təklif olunan turnir tarixləri 20 iyul -17 avqust arasındadır.
2024-cü il Afrika Millətlər Kuboku Fil Dişi Sahilinin 6 stadionunda (Abidjan, Buake, Korhoqo, San Pedro, Yamoussoukro) yanvarın 13-dən fevralın 11-dək keçirilib. Fil Dişi Sahili millisi turnirin çempionu olub. Nigeriya millisi ikinci, CAR isə üçüncü yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin