Afrika Millətlər Kuboku: Pley-off mərhələsinin bütün iştirakçıları məlumdur

Futbol üzrə Afrika Millətlər Kubokunun qrup mərhələsinin 3-cü turunun matçında Konqo Demokratik Respublikasının (Konqo DR) yığması Tanzaniya ilə heç-heçə (0:0) edərək yarışın pley-off mərhələsinə yüksəlib.

Komanda.az xəbər verir ki, turnir Fil Dişi Sahilində keçirilir.

F qrupunun digər oyununda Mərakeş Zambiyaya 1:0 hesabı ilə qalib gəlib. Mərakeşlilər qrupda birinci (7 xal), sonrakı yerləri Konqo DR (3), Zambiya (2) və Tanzaniya (2) komandaları tutub.

Altı qrupdan iki ən yaxşı komanda və üçüncü yeri tutanların hamısı arasında ən yaxşı nəticə göstərən 4 komanda Afrika Millətlər Kubokunun pley-off mərhələsinə vəsiqə qazanıb. 1/8 finalda Anqola – Namibiya, Nigeriya – Kamerun, Ekvatorial Qvineya – Qvineya, Misir – Konqo DR, Kabo-Verde – Mavritaniya, Seneqal – Fil Dişi Sahili, Mali – Burkina-Faso, Mərakeş – Cənubi Afrika oyunları baş tutacaq. Qarşılaşmalar yanvarın 27-dən 30-dək keçiriləcək.

Afrika Millətlər Kuboku fevralın 11-də başa çatacaq. Əvvəlcə yarışın 2023-cü ildə keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinə görə 2024-cü ilə ertələnib. Sonuncu dəfə turnir 2022-ci ildə keçirilib və Seneqal komandası qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button