
Afrika Millətlər Kuboku: Misir yığması Nigeriyaya uduzdu
Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.
Komanda.az xəbər verir ki, üçüncü oyun günündə üç qarşılaşma baş tutub.
D qrupunda Nigeriya yığması Misirə minimal hesabla qalib gəlib. Bu qrupun digər oyununda Sudanla Qvineya Bisau qarşılaşıb. Bu görüşdə qapılara qol vurulmayıb.
E qrupunda isə Əlcəzairlə Syerra Leone yığmalarının dueli qolsuz yekunlaşıb.
Afrika Millətlər Kuboku
11 yanvar
D qrupu
Nigeriya – Misir 1:0
Sudan – Qvineya Bisau 0:0
E qrupu
Əlcəzair – Syerra Leone 1:0
Qol: İheanaço, 30.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin