Afrika Millətlər Kubokunda səssiz gecə
Afrika Millətlər Kubokunda 2-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. A qrupunun lideri Misir millisi Konqonu 2 qolla məğlub edib və növbəti mərhələyə yüksəlib. Qrupun digər matçında isə Uqanda Zimbabve ilə qollu bərabərə qalıb – 1:1.
B qrupunda Nigeriya yığması Qvineyanı məğlub edərək, 1/8 final mərhələsinə vəsiqə qazanıb. Qrupun digər oyununda Madaqaskar Burundini minimal hesabla üstələyib.
C qrupunda Seneqalla üz-üzə gələn Əlcəzair minimal hesabla qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib. Keniya isə Tanzaniya üzərində qələbəyə sevinib.
D qrupunda Mərakeş yığması Fil Dişi Sahilinə, CAR isə Namibiyaya minimal hesabla qalib gəlib.
E qrupu çərçivəsində baş tutan Tunis – Mali görüşündə qalib müəyyənləşməyib.
Son oyun günündə E və F qrupu çərçivəsində 3 oyun baş tutub. Amma həmin oyunların heç birindən qol səsi çıxmayıb.
Afrika Millətlər Kuboku, 2-ci tur
A qrupu
26 iyun
Uqanda – Zimbabve 1:1
Qol: Okvi, 12 – Biliat, 40.
Misir – Konqo 2:0
Qol: Əl-Məhəmmədi, 25. Salah, 43.
B qrupu
26 iyun
Nigeriya – Qvineya 1:0
Qol: Omeruo, 73.
27 iyun
Madaqaskar – Burundi 1:0
Qol: İlaymaharitra, 76.
C qrupu
27 iyun
Seneqal – Əlcəzair 0:1
Qol: Belaili, 49.
Keniya – Tanzaniya 3:2
Qol: Olunqa, 39; 80. Omolo, 62 – Msuva, 6. Samata, 40.
D qrupu
28 iyun
Mərakeş – Fil Dişi Sahili 1:0
Qol: En-Nesiri, 23.
CAR – Namibiya 1:0
Qol: Zunqu, 68.
E qrupu
28 iyun
Tunis – Mali 1:1
Qol: Xazri, 70 – Samasseku, 60.
29 iyun
Mavritaniya – Anqola 0:0
F qrupu
29 iyun
Kamerun – Qana 0:0
Benin – Qvineya-Bisau 0:0
Bizi Facebook-da izləyin