
Afrika Millətlər Kuboku: Kamerun qələbə qazandı, Qana millisi…
Futbol üzrə 2019-Afrika Millətlər Kubokunda 1-ci turun oyunlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, mundialın açılış oyununda Misir millisi Zimbabve ilə qarşılaşıb. Oyun Misirin minimal hesablı qələbəsi ilə başa çatıb.
İkinci oyun günündə daha 3 qarşılaşma keçirilib. Nigeriya Burundini, Uqanda isə Konqonu məğlub edib. Qvineya ilə Madaqaskar isə qollu bərabərə qalıb – 2:2.
C qrupunda Seneqal Tanzaniyanı, Əlcəzair Keniyanı məğlub edib.
D qrupunda Mərakeş Namibiyadan, Fil Dişi Sahili isə Cənubi Afrika Respublikası millisindən üstün olub.
E qrupunda Mali Mavritaniyanı 4 qolla darmadağın edib. Tunis millisi isə Anqola ilə qollu bərabərə qalıb – 1:1.
F qrupunda Kamerun millisi Qvineya-Bisaunu 2:0 hesabıyla məğlub edib. 4 qolun vurulduğu Qana – Benin matçında isə qalib müəyyənləşməyib.
Afrika Millətlər Kuboku
A qrupu, 1-ci tur
21 iyun
Misir – Zimbabve 1:0
Qol: Trezeqe, 41.
22 iyun
Konqo – Uqanda 0:2
Qol: Kaddu, 14. Okvi, 48.

B qrupu, 1-ci tur
22 iyun
Nigeriya – Burundi 1:0
Qol: İqalo, 77.
Qvineya – Madaqaskar 2:2
Qol: Kaba, 34. Kamano, 66 – Anise, 49. Andriamaçinoro, 55.

C qrupu, 1-ci tur
23 iyun
Seneqal – Tanzaniya 2:0
Qol: Keyta, 28. Diatta, 64.
Əlcəzair – Keniya 2:0
Qol: Bundejah, 34-pen. Mahrez, 43.

D qrupu, 1-ci tur
23 iyun
Mərakeş – Namibiya 1:0
Qol: Keymuyne, 89-avtoqol.
Fil Dişi Sahili – Cənubi Afrika Respublikası 1:0
Qol: Kocia, 64.

24 iyun
E qrupu, 1-ci tur
Tunis – Anqola 1:1
Qol: Mskani, 34-pen – Calma, 73.
Mali – Mavritaniya 4:1
Qol: Diabi, 37. Mareqa, 45-pen. Traore, 55; 74 – Əl Hasen, 72.

25 iyun
F qrupu, 1-ci tur
Kamerun – Qvineya-Bisau 2:0
Qol: Banana, 66. Baoken, 69.
Qana – Benin 2:2
Qol: A. Ayyu, 9. C. Ayyu, 42 – Pote, 2; 63.

Bombardir: Mikael Pote (Benin) – 2 qol.
Bizi Facebook-da izləyin