Afrika Millətlər Kuboku başlayır

Bu gün Fil Dişi Sahilində Afrika Millətlər Kuboku start götürəcək.

Komanda.az xəbər verir ki, turnirdə 24 komanda iştirak edəcək. Açılış matçında A qrupunda Fil Dişi Sahili Qvineya-Bissau ilə üz-üzə gələcək. Oyun saat 00:00-da başlayacaq.

Bu, tarixin 34-cü Afrika Millətlər Kubokudur. Fil Dişi Dahili isə ilk dəfə sözügedən turnirə ev sahibliyi edir. Yarış fevralın 11-dək davam edəcək. Daha əvvəl builki Afrika Millətlər Kubokunun iyun-iyul aylarında keçirilməsi planlansa da, bölgədəki əlverişsiz hava şəraiti nəticəsində qərar dəyişib. 

Afrika Millətlər Kubokunun qalibi olan milli komanda 7 milyon dollar mükafat əldə edəcək. İkinci yeri tutan komanda isə 4 milyon dollar qazanacaq. Bu turnirin son çempionu Seneqal yığmasıdır.

Afrika Millətlər Kubokunda qrupların tərkibi belədir:

A qrupu: Fil Dişi Sahili, Nigeriya, Ekvatorial Qvineya, Qvineya-Bissau

B qrupu: Misir, Qana, Kabo-Verde, Mozambik

C qrupu: Seneqal, Kamerun, Qvineya, Qambiya

D qrupu: Əlcəzair, Burkina Faso, Mavritaniya, Anqola

E qrupu: Tunis, Mali, Cənubi Afrika Respublikası, Namibiya

F qrupu: Mərakeş, Konqo Demokratik Respublikası, Zambiya, Tanzaniya

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button