Afrika Millətlər Kuboku: 1/4 finalçılar müəyyənləşdi
Futbol üzrə Afrika Millətlər Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə daha iki görüş baş tutub.
Öncə Mali və Fili Dişi Sahili yığmaları qarşılaşıb. Minimal hesabla qalib gələn ikincilər 1/4 finala vəsiqə qazanıblar.
Günün digər oyunu Qana və Tunis yığmaları arasında baş tutub. Bu oyunun əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan penalti zərbələrini isə tunislilər daha dəqiq yerinə yetiriblər və növbəti mərhələyə çıxıblar.
Afrika Millətlər Kuboku, 1/8 final
5 iyul
Mərakeş – Benin 1:1 (penaltilər 1:4)
Qol: En-Nesiri, 76 – Adilehu, 53.
Uqanda – Seneqal 0:1
Qol: Mane, 15.
6 iyul
Nigeriya – Kamerun 3:2
Qol: İqalo, 19; 63. İvobi, 66 – Bahoken, 41. Njie, 44.
Misir – CAR 0:1
Qol: Lorç, 85.
7 iyul
Madaqaskar – Konqo 2:2 (penaltilər 4:1)
Qol: Amada, 9. Andriatsima, 77 – Bakambu, 21. Mbemba, 90.
Əlcəzair – Qvineya 3:0
Qol: Belaili, 24. Mahrez, 57. Ounas, 82.
8 iyul
Mali – Fil Dişi Sahili 0:1
Qol: Zaha, 76.
Qana – Tunis 1:1 (penaltilər 4:5)
Qol: Bedui, 90-öz qapısına – Kenissi, 73.
Beləliklə, Afrika Millətlər Kubokunun 1/4 finalında aşağıdakı kollektivlər mübarizə aparacaq:
10 iyul
20:00. Seneqal – Benin
23:00. Nigeriya – CAR
11 iyul
20:00. Fil Dişi Sahili – Əlcəzair
23:00. Madaqaskar – Tunis
Bizi Facebook-da izləyin