Afrika Millətlər Kuboku: Kane Seneqala qarşı oynamadı
Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, altıncı oyun günündə dörd qarşılaşma baş tutub.
B qrupunda ilk oyunlarını qələbə ilə başa vurmuş Seneqal və Qvineya yığmaları qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb. “Neftçi”nin qvineyalı yarımmüdafiəçisi Mamadu Kane bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib. Qrupun digər matçında Malavi Zimbabveni məğlub edib.
C qrupunda Mərakeş millisi bu dəfə Komor adaları üzərində inamlı qələbəyə sevinib. Qabon və Qana yığmalarının oyununda isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Afrika Millətlər Kuboku
14 yanvar
B qrupu
Seneqal – Qvineya 0:0
Malavi – Zimbabve 2:1
Qol: Manqo, 43; 58 – Vadi, 38.
Xal durumu: Seneqal – 4, Qvineya – 4, Malavi – 3, Zimbabve – 0.
C qrupu
Mərakeş – Komor adaları 2:0
Qol: Amallah, Abuklal, 89.
Qabon – Qana 1:1
Qol: Allevinah, 88 – Ayyu, 18.
Xal durumu: Mərakeş – 6, Qabon – 4, Qana – 1, Komor adaları – 0.
Bizi Facebook-da izləyin