Afrika Millətlər Kuboku: Əlcəzair uduzdu, Tunis 4 qola sevindi
Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turuna yekun vurulub.
Komanda.az xəbər verir ki, 8-ci oyun günündə dörd qarşılaşma baş tutub.
E qrupunda Fil Dişi Sahili bu dəfə Syerra Leone ilə oyundan 1 xalla ayrılıb. Əlcəzair Ekvatorial Qvineyaya minimal hesabla uduzub.
F qrupunda isə Tunis Mavritaniyanı 4 cavabsız qolla məğlub etdiyi halda, Qambiya da Mali ilə heç-heçəyə razılaşıb.
Afrika Millətlər Kuboku
16 yanvar
E qrupu
Fil Dişi Sahili – Syerra Leone 2:2
Qol: Haller, 25. Pepe, 65 – M.Kamara, 55. A.Kamara, 90+3.
Əlcəzair – Ekvatorial Qvineya 0:1
Qol: Obianq, 70.
Xal durumu: Fil Dişi Sahili, 4, Ekvatorial Qvineya – 3, Syerra Leone – 2, Əlcəzair – 1.
F qrupu
Qambiya – Mali 1:1
Qol: Barrou, 90 Kone, 79-pen.
Tunis – Mavritaniya 4:0
Qol: Matluti, 4. Xazri, 9; 64. Cəziri, 66.
Xal durumu: Qambiya – 4, Mali – 4, Tunis – 3, Mavritaniya – 0.
Bizi Facebook-da izləyin