AFFA “Zirə”ni cəza və cərimə “yağış”ına tutdu
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 10-cu turunun “Şamaxı” – “Qəbələ” oyununda “Şamaxı” klubunun futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunur.
10-cu turun “Sabah” – “Zirə” oyununda “Zirə” klubunun futbolçusu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
10-cu turun “Sabah” – “Zirə” oyununda “Zirə” klubunun futbolçusu Çoşqun Diniyev oyunun 84-cü dəqiqəsində qırımızı vərəqə alaraq meydanı tərk etdikdən sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün 1 oyun cəzalanır, klub 2400 manat cərimə olunur.
10-cu turun “Sabah” – “Zirə” oyununda stadiondakı əmlaka “Zirə” klubunun futbolçusu Çoşqun Diniyev tərəfindən dəymiş zərər “Zirə” klubu tərəfindən stadion sahibinə kompensasiya edilsin.
10-cu turun “Sabah” – “Zirə” oyununda oyun bitdikdən sonra kənar şəxslərin meydana daxil olmasına görə “Sabah” klubu 1600 manat məbləğində cərimə olunur.
10-cu turun “Sabah” – “Zirə” oyununda “Zirə” klubunun azarkeşləri tərəfindən nalayiq və təhqiridici sözlərdən istifadə edildiyinə görə “Zirə” klubu 4000 manat məbləğində cərimə olunur.
10-cu turun “Kəpəz” – “Neftçi” oyununda yanğına qarşı yanğın mühafizə xidməti əməkdaşının oyuna gecikməsinə görə “Kəpəz” klubu 400 manat məbləğində cərimələnir.
10-cu turun “Kəpəz” – “Neftçi” oyununda əvəzetmə tablosunun oyunun gedişində işləməməsinə görə “Kəpəz” klubu 800 manat məbləğində cərimələnir.
10-cu turun “Kəpəz” – “Neftçi” oyununda “Kəpəz” klubunun 2 nömrəli futbolçusu Zamiq Əliyev oyunun 62-ci dəqiqəsində təcavüzkar davranışa görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.
10-cu turun “Kəpəz” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
10-cu turun “Turan Tovuz” – “Səbail” oyununda oyunun gedişində “Səbail” klubunun fotoqrafı meydana və VAR monitoruna çox yaxın durduğuna görə “Səbail” klubu 800 manat məbləğində cərimələnir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin