AFFA yeni əməkdaşlıq müqaviləsi imzalayıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Silk Way West Airlines” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

“Silk Way West Airlines” 12 müasir “Boeing 777F”, “Boeing 747-8F” və “Boeing 747-400F” yük təyyarəsindən ibarət donanması ilə Heydər Əliyev Beynəlxalq Hava Limanı mərkəzli olaraq hər ay dünyanın müxtəlif ölkələrinə yüzlərlə reys həyata keçirir.

Şirkətin illik yükdaşıma dövriyyəsi 500 min tondan artıqdır, marşrut şəbəkəsi isə Avropa, MDB, Yaxın Şərq, Asiya və Amerika daxil olmaqla 40-dan çox istiqaməti əhatə edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button