AFFA yeni baş məşqçi ilə 3+1 illik müqavilə bağlayıb
AFFA Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuşla 3+1 illik müqavilə bağlayıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi Fernandu Santuşun təyinatı ilə bağlı mətbuat konfransında deyib.
O, portuqaliyalı mütəxəssisin Polşa millisindən və Türkiyənin “Beşiktaş” klubundan təzminat alaraq ayrılmasına münasibət bildirib:
“Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır. Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu, normaldır”.
Santuşun qarşısına AÇ-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin