
AFFA və PFL sponsor axtarır
AFFA və PFL Azərbaycan Premyer Liqasına və ölkə kubokuna titul sponsoru axtarır.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda deyilir:
“Azərbaycan Premyer Liqasının və Azərbaycan kubokunun 2022/2023-cü illər mövsümünün titul sponsoru adına sahib olmaq istəyən şirkətlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasına müraciət edə bilər.
Müraciətləri 29 iyul 2022-ci il saat 15:00-a qədər AFFA-nın və PFL-in aşağıda göstərilmiş elektron poçt ünvanlarına göndərmək olar”.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin