AFFA U-21 millisinin baş məşqçisini açıqladı – Rəsmi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi müvəqqəti olaraq Rəşad Eyyubova həvalə olunub. Fərid Namazov isə köməkçi məşqçi kimi fəaliyyət göstərəcək.

Komanda.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

U-21 əsas millinin ehtiyat bazası hesab olunur. Bu səbəbdən, U-21-in məşqçi korpusu əsas millinin baş məşqçisi Ayxan Abbasov və onun köməkçiləri ilə daim sıx iş birliyində çalışacaq. Məqsəd gənc oyunçuların gələcəkdə əsas milliyə daha hazırlıqlı şəkildə qoşulmalarına şərait yaratmaqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button