AFFA U-17-yə baş məşqçi tapıb, rəsmiləşməsi qalıb
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasına kimin rəhbərlik edəcəyi məlum olub.
Komanda.az xəbər verir ki, AFFA U-17-nin “sükanı arxasına” Vüqar Məmmədi gətirəcək. Məmməd hazırda U-19-un baş məşqçisidir. 19 yaşadək futbolçulardan ibarət komanda Avropa çempionatının elit raunduna vəsiqə qazanıb. Elit raund mərhələsinin oyunlarından sonra Məmməd U-19-dan ayrılacaq, U-17-nin “sükanı arxasına” keçəcək.
AFFA bir müddət əvvəl Samir Əliyevin U-19 millisinin yeni baş məşqçisi olduğunu açıqlayıb.
Ramin Quliyevin baş məşqçi postundan ayrılmasından sonra U-17-nin “sükan”ı boşdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin