
AFFA “Turan Tovuz”a xəbərdarlıq etdi
AFFA İntizam Komitəsi “Turan Tovuz” klubuna xəbərdarlıq edib.
Komanda.az xəbər verir ki, buna bölgə təmsilçisinin milli assosiasiyanın və Peşəkar Futbol Liqasının imicinə zərər vuran əsassız bəyanat yayması səbəb olub.
“Turan Tovuz”un səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin