AFFA “Turan Tovuz”a xəbərdarlıq etdi

AFFA İntizam Komitəsi “Turan Tovuz” klubuna xəbərdarlıq edib.

Komanda.az xəbər verir ki, buna bölgə təmsilçisinin milli assosiasiyanın və Peşəkar Futbol Liqasının imicinə zərər vuran əsassız bəyanat yayması səbəb olub.

“Turan Tovuz”un səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb. Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button