
AFFA “Sumqayıt”ın məşqçisini 5 oyunluq cəzalandırıb
AFFA İntizam Komitəsi “Sumqayıt-2” komandasının inzibatçısı Elnur Hüseynovu 5 oyunluq cəzalandırıb.
Komanda.az xəbər verir ki, buna onun Əvəzedicilər Liqasının 33-cü turunda “Kəpəz-2” ilə matçda hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alması səbəb olub.
“Gənclik şəhəri” təmsilçisi isə 400 manat cərimələnib.
Qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib – 3:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin