AFFA – Santuş anlaşmasında açıqlanmayan məbləğ – Portuqaliyalının qazancı nə olacaq?

Portuqaliyalı məşqçi Fernandu Santuşu Azərbaycan millisinin “sükanı arxasına” gətirən AFFA onunla 3+1 illik müqavilə bağlayıb. 70 yaşlı Santuşdan tələb olunan isə Azərbaycan millisinin AÇ-2028-in seçmə mərhələ oyunlarında mümkün qədər uğurlu çıxışını təmin etməkdir. Bura kimi hər şey aydındır. Aydın olmayan AFFA-nın yığmanın yeni baş məşqçisi ilə hansı maddi şərtlər daxilində anlaşmasıdır. Federasiya həmişə olduğu kimi, bu dəfə də yeni baş məşqçiyə nə qədər maaş ödənəcəyini açıqlamayıb və bu niyyətdə də deyillər.

Amma Komanda.az-a elə AFFA-ya yaxın mənbədən Santuşun Azərbaycanda nə qədər qazanacağı haqda məlumat daxil olub. Portuqaliyali mütəxəssis millinin baş məşqçisi kimi illik 1,4 milyon avro maaş alacaq. Ancaq bu, hamısi deyil. Azərbaycan millisinin rəsmi oyunlardakı qələbə və heç-heçələrinə görə Santuşa mükafat pullar ödəniləcək ki, bu da onun illik qazancının təxminən 2 milyon avroya çıxa biləcəyi deməkdir. Bundan başqa, AFFA Santuşun Azərbaycanda qalması üçün bütün xərclərini qarşılayacaq, Portuqaliyaya gediş-gəliş pullarını da ödəyəcək. Azərbaycan millisi Santuşla AÇ-2028-in final mərhələsinə çıxa bilsə, AFFA ona əlavə olaraq, mükafat kimi 3 milyon avro verəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button