AFFA “Şamaxı” ilə “Qarabağ”ı cərimə edib
AFFA “Şamaxı” və “Qarabağ” klublarını cərimələyib.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın ntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Azərbaycan Premyer Liqasında 3-cü turun “Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimələnib.
Həmçinin, sözügedən görüşdə azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimələnib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin