
AFFA “Sabah”ın rəsmisini cəzalandırıb
AFFA İntizam Komitəsi “Sabah”ın idman direktoru və U-19 komandasının baş məşqçisi İqor Ponomaryovu cəzalandırıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, buna 63 yaşlı mütəxəssisin Gənclər Liqasında “Kəpəz”ə qarşı keçirilən oyunun 90-cı dəqiqəsində hakimlərə sərt şəkildə etiraz etməsi səbəb olub.
Qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Ponomaryov 1 oyunluq diskvalfikasiya edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin