AFFA “Səbail”in şikayətini təmin etmədi

“Səbail”in futbolçusu Süleyman Alluş ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı 4 oyunluq cəza və 3000 manat cərimə qərarını qüvvədə saxlayıb.

Süleyman Alluş Azərbaycan Premyer Liqasının 26-cı turunun “Zirə” ilə oyununda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button